Kurs

Peşəkar və təcrübəli müəllim tərəfindən, interaktiv, əylənərək öyərənəcəyiniz dərslərimizə sizi dəvət edirik. Qrup və fərdi onlayn dərslərimiz həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir. Beynəlxalq yapon dili səviyyə imtahanına hazırlıq, Yaponiyada təhsil imkanları, yapon dilində üzündən oxuma, başa düşmə, danışma və daha çoxu üçün dərslərə qoşula bilərsiniz.

Qrup dərslər həftədə 2 dəfə olmaqla, 80 dəqiqə keçirilir. Minimum 2 nəfər maksimum 4 nəfərdən ibarət olur. Qrup dərsləri səviyyə və yaşa uyğun təşkil olunur. 2 nəfərlik qrupda 1 nəfər üçün nəzərdə tutmuş ödəniş 150 ₼, 3-4 nəfərlik qruplarda 1 nəfər üçün nəzərdə tutulmuş ödəniş 100 ₼-dır. Dərs Zoom proqramı ilə keçirilir. Dərs vəsaitləri - elektron kitablar, dinləmə üçün video çarxlar, qısa filmlər və daha çoxu müəllim tərəfindən göndərilir.

Fərdi dərslər həftədə 2 dəfə olmaqla, 80 dəqiqə keçirilir. Fərdi dərslərin ödənişi 200 ₼ təşkil edir. Dərs Zoom proqramı ilə keçirilir. Dərs vəsaitləri - elektron kitablar, dinləmə üçün video çarxlar, qısa filmlər və daha çoxu müəllim tərəfindən göndərilir.

Səviyyələrə girişdən öncə 1 aylıq başlanğıc dərs keçirsiniz. Bu 1 ayda hiraqana və kataqana adlı 2 əsas əlifbanı öyrənirsiniz.


N5 Səviyyəsi - 4 ay müddətində N5 səviyyəsini öyrənə bilərsiniz. Bu səviyyəyə 600-ə yaxın söz, 100-ə yaxın qrammatik qayda, 120 heroqlif daxildir.


N4 Səviyyəsi - 4 ay müddətində bu səviyyəni bitirə bilərsiniz. N4 səviyyəsinə 800-ə yaxın söz, 130-a yaxın qrammatik qayda, 180 heroqlif daxildir.


N3 Səviyyəsi - 4 ay müddətində bu səviyyəni bitirə bilərsiniz. N3 səviyyəsində 2000-ə yaxın söz, 180-ə yaxın qrammatik qayda, 370 heroqlif daxildir.


N2 Səviyyəsi - 4 ay müddətində bu səviyyəni öyrənə bilərsiniz. N2 səviyyəsində 2500-ə yaxın söz, 200-ə yaxın qrammatik qayda, 400 heroqlif daxildir.


N1 Səviyyəsi - 6 ay müddətində bu səviyyəni bitirə bilərsiniz. N1 səviyyəsində 3500-ə yaxın söz, 250-yə yaxın qrammatik qayda, 1000 heroqlif daxildir.


DİQQƏT - Səviyyələr üçün yazılan müddət ortalama müddətdir. Tələbənin yaşı, potensialı və dərslərə olan yanaşması müddətə təsir göstərir.