Yaponiyada təhsil al

Kurs və peşə məktəbləri

Əlaqədə olduğumuz Yaponiyanın bir çox ərazisində yerləşən xaricilər üçün nəzərdə tutulmuş yapon dili kurslarına, həmçinin müxtəlif peşələri professional səviyyədə öyrənəcəyiniz peşə məktəblərinə yazıla bilərsiniz. Yaponiyadakı yapon dili kursları üçün minimum nəzərdə tutulmuş səviyyə N5, peşə məktəbləri üçün isə N3-dür. Ödənişlər, lazımi sənədlər üçün mail və ya instagram adreslərimizə yaza bilər, “Əlaqə” bölməsində olan nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Bakalavr təhsili

Yaponiyanın müxtəlif universitetlərinə ildə 2 dəfə bakalvr təhsili ilə bağlı müraciətlər qəbul olunur. Öndə gedən universitetlərin istər ingilis, istərsə də yapon dilidə fakultələrinə qəbul mümkündür. İngilis dili üçün nəzərdə tutulan səviyyə Advanced (IELTS, TOEFL, SAT kimi sertifikatlar universitetin qəbul şərtlərinə görə dəyişir), yapon dili üçün isə N2 səviyyəsidir. Məktəb ortalaması, məktəbdənkənar fəaliyyətlər və s. isə universitetə əsasən dəyişə bilir. Amerika, Avropa universitetləri qədər bahalı olmayan, lakin həmin ölkələrin çox universitetindən daha yaxşı təhsil verən yapon universitetlərinə müraciət etməyi tövsiyyə edirəm.

Magistr təhsili

Yaponiyanın müxtəlif universitetlərinə ildə 2 dəfə magistr təhsili ilə bağlı müraciətlər qəbul olunur. İstər ingilis, istərsə də yapon dilidə fakultələrinə qəbul mümkündür. İngilis dili üçün nəzərdə tutulan səviyyə Advanced (IELTS, TOEFL, SAT kimi sertifikatlar universitetin qəbul şərtlərinə görə dəyişir), yapon dili üçün isə N2 səviyyəsidir. Universitet ortalaması əsasən 75+ nəzərdə tutulmuşdur.

Təqaüdlü təhsil

İstər magistr, istər bakalavr təhsilində təqaüdlə oxumaq mümkündür. İldə 2 dəfə açılan MEXT təqaüd proqramına müraciət edə bilərsiz. Proqramın həm səfirlik, həm də universitet qolu var. Siz Azərbaycanda yerləşən Yaponiya səfirliyinə, ya da onlayn formada universitetə müraciət edə bilərsiniz. Təqaüdü qazandığınız təqdirdə universitet xərclərindən azad olunur, ayda təxminən 1200 dollar təqaüd alırsınız. Həmçinin universitetlərin öz təqaüd proqramları da vardır ki, bunlara da uyğun olduğunuz təqdirdə müraciət etmək mümkündür.

Yaponiyada təhsilin istənilən qolunda bizə müraciət edə bilərsiniz.

JLPT

Beynəlxalq yapon dili səviyyə imtahanı ildə 2 dəfə, iyul və dekabr ayının ilk həftəsinin bazar günü keçirilir. İmtahana bileti Yaponiya səfirliyindən biletlərin satışa çıxma tarixlərində ala bilərsiniz. İyul ayında keçirilən imtahan Azərbaycan Dillər Universitetində, dekabr ayında keçirilən imtahan isə Bakı Dövlət Universitetində olur. Qeydiyyat üçün lazımi sənədlər və daha çoxu üçün əlaqə saxlaya bilərsiniz. Mənimlə yapon dili səviyyələrinə uyğun imtahan verib tam beynəlxalq sertifikat əldə edə bilərsiniz.