5 illik təcrübəli yapon dili müəlliməsi və tərcüməçisi
Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq (Yaponiya üzrə) fakultəsini və Yaponiyanın reytinq sıralamasında üst sıralarda olan Tsukuba universitetində təhsil almışam. 5 ildir həm yapon dili dərsləri tədris edir, həm də müxtəlif tədbir, sərgilər, proyektlərdə tərcüməçi kimi fəaliyyət göstərirəm.
Qrup
Fərdi
80 dəq
N5 - N1
Peşəkar və təcrübəli müəllim tərəfindən, interaktiv, əylənərək öyərənəcəyiniz dərslərimizə sizi dəvət edirik. Qrup və fərdi onlayn dərslərimiz həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir. Beynəlxalq yapon dili səviyyə imtahanına hazırlıq, Yaponiyada təhsil imkanları, yapon dilində üzündən oxuma, başa düşmə, danışma və daha çoxu üçün dərslərə qoşula bilərsiniz.
Peşəkar və təcrübəli tərcüməçi müəllimə yapon dili-azərbaycan dili, azərbaycan dili-yapon dili həm şifahi, həm yazılı, yapon dili-ingilis dili, ingilis dili-yapon dili yazılı tərcümə işlərinizi əmanət edə bilərsiniz. Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Yaponiyada müxtəlif sahələr üzrə, məşhur və prestijli universitet, kollec və kurslarda təhsil almaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. İstəyinizə uyğun universitet, fakultə, kursun tapılması, təqaüdlü və təqaüdsüz təhsilə müraciət, sənədlərin toplanması və qeydiyyat prosesinin tamamında köməklik göstərirəm. Yaponiyada təhsil arzunuza mənimlə çata bilərsiniz.
Beynəlxalq yapon dili səviyyə imtahanı ildə 2 dəfə, iyul və dekabr ayının ilk həftəsinin bazar günü keçirilir. İmtahana bileti Yaponiya səfirliyindən biletlərin satışa çıxma tarixlərində ala bilərsiniz. İyul ayında keçirilən imtahan Azərbaycan Dillər Universitetində, dekabr ayında keçirilən imtahan isə Bakı Dövlət Universitetində olur. Qeydiyyat üçün lazımi sənədlər və daha çoxu üçün əlaqə saxlaya bilərsiniz. Mənimlə yapon dili səviyyələrinə uyğun imtahan verib tam beynəlxalq sertifikat əldə edə bilərsiniz.